İcarəyə verilir 3 otaqlı yeni tikili 127 m², Ağ şəhər q.
Şəhərin ən prestijli ərazilərindən biri olan Ağ Şəhərdə, Nizami Parkının yaxınlığında yerləşən, PASHA Construction tərəfindən inşa edilmiş və Londonun XVIII əsr “Regency” üslubunu əks etdirən Knightsbridge Residence yaşayış kompleksində 3 otaqlı studio tipli modern üslubda təmir edilmiş premium mənzil uzunmüddətli kirayə verilir.
Mənzil haqqında:
- Təmir: Yeni və yüksək keyfiyyətli
- Dizayn: Modern və zövqlü interyer
- Mebel və məişət texnikası: Tam təchiz olunub
- İstilik sistemi: Kombi + isti döşəmə
- Kondisioner: Bütün otaqlarda
- Sanitar qovşaq: 2
- Çamaşır otağı: Mövcuddur
- Dəniz panoraması
Kompleksin üstünlükləri:
- Qapalı və təhlükəsiz həyət
- Yeraltı parkinq
- 7/24 mühafizə və nəzarət sistemi
- Premium səviyyəli infrastruktur və xidmət
Ətraflı məlumat üçün əlaqə saxlayın.
Qeyd: Şirkətin xidmət haqqı icarəçi tərəfindən 30% təşkil edir.






















































































































































































