Satılır 3 otaqlı həyət evi/bağ evi 90 m², Nardaran q.
ÇOX TƏCİLİ SATILIR!!!
Kürdəxanı–Nardaran kəsişməsi, Ləhiş bağları – dəniz tərəfi.
Əsas yoldan cəmi 100 metr məsafədə yerləşən (dəqiq konum xəritədə göstərilib), paket çıxarışlı və ipoteka üçün tam yararlı 2 sot torpaq sahəsində inşa olunmuş 90-kv 3-otaqlı bağ evi satılır.
Ev daimi su, qaz və işıq ilə təmin olunub.Əlavə olaraq 2 tonluq su çəni mövcuddur.Yay mövsümündə kommunal xətlərdə heç bir fasilə yaşanmır.
İnternet bağlantısı stabil və fasiləsizdir.
- Ərazi baxımından çox əlverişlidir:
- Yaxınlıqda Rahat Market
- Yeni Sea Breeze layihəsinə yaxınlıq
- Sea Breeze ərazisində yerləşən Miami Beach ödənişsiz çimərlik
- Dalanın sonunda Sea Breeze tərəfindən tikilməsi planlaşdırılan AyPara yarımadasına çıxış
Əlavə üstünlük olaraq, 2027-ci ildən etibarən əsas yolda Sea Breeze – Pirşağı istiqamətində tramvay xəttinin çəkilməsi planlaşdırılır ki, bu da ərazinin gələcək dəyərini əhəmiyyətli dərəcədə artıracaq.
Yaşayış və ya investisiya üçün ideal seçimdir.
XİDMƏT HAQQI 1%


















































































































