Satılır 3 otaqlı həyət evi/bağ evi 80 m², Türkan q.
On sot bağ ərazisində , yeni tikilisi olan mülk satılır. Hündür kürsülü bağ evi müsbət H - 1,4 m səviyyəsində layihəyə uyğun tikilmişdir. Onun ümumi sahəsi 80 m kvadratdır. Evin yaşayış hissəsi üç otaq, mətbəx, dəhliz s/u - dən ibarətdir. Evin altı təsərrüfat və istirahət üçün nəzədə tutulub. Onun alt hissəsində təsərrüfat istirahət otağı, anbar, yay mətbəxi və kölgəlik var. Bağın ərazisində əlavə hamam tualet, qarovul otağı, estakada üzərində 6 t içməli su çəni , barbeku kababxana otağı, besetka, toyuq hini, 25 tonluq su hovuzu, müxtəlif meyvə ağacları, üzümlük, kanal suvarma sistemi, şambo var. Ev təsdiqlənmiş layihə üzrə tikilmişdir. Bağ əsas 12 metrlik və məhəlli 6 metrlik yolların kəsişmə nöqtəsində olduğu üçün , ərazisinin iki üç hissəyə bölübməsi mümkündür. Bağın həyətindən ayrıca 3 sot torpaq da satılır. Darvaza yeri öncədən tilib. Bağın iki yoldan darvaza girişi var.





































































































