Satılır 2 otaqlı yeni tikili 80 m², Xırdalan
Mənzil Xırdalanın mərkəzində, supermarketlərə, məktəblərə, avtobus dayancaqlarına yaxın mövqedə yerləşir. Balkondan bir başa əlillər parkına mənzərə açılır. Qarşısı açıqdır, iç-içə tikilmiş binalarla müqayisə etməyin. Çox yaxşı qonşuların əhatəsində, sakit binadadır. İki sürətli lifti, daimi işıq, qaz su təchizatı vardır. Mənzil öz yaşayışım üçün təmir olunub deyə keyfiyyətli materiallardan istifadə olunub. Təmirdən sonra yaşayış olub. İşimlə əlaqədar olaraq Xırdalandan köçmüşəm ona görə satıram. Hal-hazırda 500 manata kirayədədir. İstilik sistemi kombidir (keyfiyyətli İmmergas). Orginal 2 otaqlıdır. Mənzilin lahiyəsində dəyişiklik edilməyib. Bütün otaqlar və mətbəx gün ərzində günəş işığıyla işıqlanır. Tavanı kifayət qədər hündür və işıqlıdır. 16 mərtəbəli bina üçün planlanıb lakin 12 mərtəbədə tamamlanıb deyə binanın təməli çox möhkəmdir. Xırdalanın ən sağlam binalarındandır. Bütün əşyalar qiymətə daxildir. Bina bütün instansiyalardan keçib və bu ilin ortasına kimi çıxarış veriləcək. Real alıcı ilə qiymətdə bir qədər razılaşmaq olar. Qeyri-ciddi şəxslər narahat etməsin.












































































































