İcarəyə verilir 1 otaqlı həyət evi/bağ evi 30 m², Qusar
Selena Resort — ailəvi istirahət üçün ideal məkandır. Qusar şəhərində, füsunkar meşəlik ərazidə yerləşən bu istirahət kompleksi öz qonaqlarına geniş və rahat otaqlar, eləcə də ailələr üçün nəzərdə tutulmuş komfortlu kotteclər təqdim edir.
Otelin ərazisində yerləşən restoranda siz Azərbaycan mətbəxinin zəngin və dadlı təamlarından dada bilərsiniz.
Qiymətlər:
2 nəfər üçün 50 AZN, 4 nəfər üçün isə 100 AZN təşkil edir. Qiymətlərə səhər yeməyi daxildir.
Göstərilən qiymətlər bayram günlərinə, həmçinin cümə və şənbə günlərinə şamil edilmir.
Qeyd: Selena Resort ailəvi istirahət mərkəzi olduğundan, yerləşmə zamanı bəy və xanımın şəxsiyyət vəsiqəsində soyadlarının eyni olması və ya nikah şəhadətnaməsinin təqdim edilməsi tələb olunur.
Ünvan: Aşıq Nüsrət küçəsi 1B (Aerodrom massivi).












































































































