Satılır 3 otaqlı yeni tikili 110 m², Nəsimi r.
Azadlıq prospekti 127 ünvanında yerləşən, 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsində yerləşən bu mənzil rahat yaşayış üçün ideal seçimdir.
Əslində 4 otaqlı olan mənzil zövqlə 3 otağa çevrilmiş, nəticədə daha geniş və funksional yaşayış sahəsi əldə olunmuşdur. Ümumi sahəsi 110 kvadrat metr təşkil edir.
Mənzil yaxşı təmir olunub, işıqlı və səliqəlidir. Otaqlar genişdir, planlaşdırma çox rahatdır. Mətbəx və sanitar qovşaqları istifadə üçün tam yararlıdır. Gün işığı mənzilə rahat şəkildə düşür, mərtəbə isə həm hündürlük, həm də səssizlik baxımından əlverişlidir.
Bina infrastruktur baxımından çox əlverişli ərazidə yerləşir. Ətrafda məktəblər, bağçalar, marketlər, ictimai nəqliyyat dayanacaqları və digər vacib obyektlər mövcuddur.
Rahat, geniş və əlverişli məkanda yaşamaq istəyənlər üçün əla fürsətdir.
Komissiya haqqı 1%.












































































































