Satılır 3 otaqlı yeni tikili 130 m², Nəsimi r.
28 May Metro cixişi 3 otaqlı mənzil satılır – 28 May metrosunun 2-ci çıxışına 4 dəqiqəlik məsafədə Azadlig ünvanında yerləşən 18 mərtəbəli binanın (əlavə mansard mərtəbəsi də mövcuddur) 14-ci mərtəbəsində 3 otaqlı, 130 m² sahəsi olan mənzil satılır. Umumi sahə 130 m²-dir. Yerləşmə və infrastruktura: 28 May metrosunun 2-ci çıxışından cəmi 4 dəqiqəlik məsafədə, SPAR marketin qarşısında yerləşir. 28 Mall ticarət mərkəzinə 10 dəqiqəlik məsafədədir Nərimanov metrosuna isə yaxın məsafədədir. Binanın qarşısında və arxa tərəfində maşın saxlayabilərsiniz. Ətrafda Yaşıl bazar, notariat ofisi, aptek, supermarket, Cümə məscidi, hazırlıq kursları, kafelər, yanacaqdoldurma məntəqəsi və digər bütün zəruri obyektlər yerləşir. Binanın üstünlükləri: Kamera müşahidə sistemi və mühafizə xidməti mövcuddur. Giriş qapısı özəl kilid sistemi ilə qorunur. Binanın iki həyəti və iki giriş-çıxışı var. Binanın qarşısında avtobus dayanacağı mövcuddur. Bina hündür ərazidə yerləşdiyindən yağışlı havalarda yollarda su basma problemi olmur. Liftlər tam işlək vəziyyətdədir. Mənzilin xüsusiyyətləri: 3 otaq + mətbəx, 2 geniş balkon (ön və arxa hissədə). Skvaznoydur – hər iki tərəfdən külək gəlir, havalandırması güclüdür. Mənzil gözəl dəniz mənzərəlidir, geniş və açıq görüntüyə malikdir. Qaz, su və işıq daimidir. Mənzil əvvəlki təmir vəziyyətindədir və mebellə birlikdə satılır. Hər mərtəbədə yalnız iki mənzil yerləşir, sakit və səssiz qonşuluq var. Ortaq koridorda bu mənzilə məxsus geniş kladovka var (kupçada qeyd olunmur, amma evlə birlikdə veriləcək). Sənədləşmə: Çıxarış (kupça) mövcuddur. Ərazi həm əlverişli, sakit və rahat həyat üçün əla fürsətdir.

















































































































































