













Sahibindən satılır! Kupçalı bağ evi – Corat/Novxanı bağları
Salam. Ev öz evimdir, vasitəçi deyiləm – birbaşa sahibi satır.
Corat bağları, Port Novxanı restoranı ilə üzbəüz, təxminən 300 metr içəridə yerləşir. Yol genişdir və tam asfaltdır, maşın rahat girib-çıxır.
3.4 sot torpaq sahəsində yerləşən bağ evidir:
• 2 yataq otağı
• 1 qonaq otağı
• mətbəx
• geniş hamam-tualet
Ev 8 daş kürsülüdür.
Bütün pəncərələr 3 ay əvvəl yenilənib.
Yeni geniş darvaza qoyulub.
Evin 4 tərəfi hündür daş çəpərlə hasarlanıb.
Torpaq öz torpağıdır, kvadrat formadadır – çox əlverişli plandır.
Qeyd edim ki, ev təmir tələb edir, ona görə qiymətdə də bunu nəzərə almışam.
Həyətdə maşın saxlamaq üçün geniş yer var.
Hovuz düzəltmək üçün də həyətdə yaxşı sahə mövcuddur.
Ev və torpağın kupçası var (çıxarışlı).
Real alıcıyla razılaşmaq olar.
Maraqlananlar əlaqə saxlasın, gəlib baxa bilərsiz.
Elanın nömrəsi
Baxışların sayı
Yeniləndi
5796071
264
10 Yanvar 2026
Növbəti elanlar yüklənir...