Satılır 7 otaqlı həyət evi/bağ evi 249 m², İsmayıllı
Ev - İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına eyni zamanda, İsmayıllı Dövlət Humanitar Və Texnologiya Kollecinə, piyada bir neçə dəqiqəlik məsafədə yerləşir. 10 sot daxilindədir. Qalın armaturlar, keyfiyyətli beton ilə, kəmər və kolonlar üzərində tikilib. Seysmik dayanıqlığa, söz ola bilməz.
Alt mərtəbədə - saxlanc otağı, böyük qapalı eyvan (2.3 metr hündürlükdədir), zal (2.1 metr hündürlükdədir / dərinləşdirmək mümkündür) və sanuzel yerləşir.
Üst mərtəbədə - böyük zal, mətbəx, 2 ədəd yataq otağı və sanuzel yerləşir.
Təmiri, şəkildə görünən formadadır. Bütün görüləcək işlər, qiymətdə nəzərə alınmışdır. Sənəd - paket kupça (ev və torpağın çıxarışı). Qaz, işıq və dövlət suyu, yüksək sürətli internet - daimidir. Bağ üçün artezian quyusu mövcuddur. Ev, əsas yoldan 80 metr məsafədə yerləşir. Yol asfaltdır, axşam saatlarında işıqlandırılır. 100 metr məsafədə böyük supermarket mövcuddur.
Ətraf ərazilərdə - 1 sot sənədli torpağın dəyəri - 6000 manat civarındadır. Hazırda,15-20000 manata bu ölçü və keyfiyyətdə həyət evi tikmək qeyri-mümkündür.
Həyətyanı sahə - düz relyefdədir, torpağı məhsuldardır. Çox çeşiddə, bar verən meyvə ağacları mövcuddur. Sahəni, 3 sota qədər artırmaq mümkündür. Alıcı şəxslər və müştərisi olan vasitəçilər əlaqə saxlaya bilər. WP mövcuddur.














































































































