İcarəyə verilir 3 otaqlı yeni tikili 150 m², Şıxov q.
Yaşayış kompleksi «Grand Park Şıxov» – hər zövq üçün rahat mənzillərdir!
«Grand Park Şıxov» yaşayış kompleksi Bakının Səbail rayonunda Salyan şosesi ilə Şıx qəsəbəsinin arasında yerləşir. Dəniz sahilinə iki yüz metrdən artıq məsafə deyil, paytaxtın mərkəzinə qədər olan məsafə on üç kilometri keçmir.
Mənzil haqqında:
VİP BİNA-Dəniz ilə üzbə-üz.
150 kv.m ümumi alan.
Otaq sayış -3.
Sanitar qovşaq-3.
Kombi Kollektor sistemi.
Bütün otaqlarda Kondisioner mövcuddur.
Mərtəbə 1.
Mənzil Tam Əşyalıdır və bütün elektronuka brend markalara məxsusdur.
Kompleskd haqqında:
«Grand Park Şıxov» yaşayış kompleksi – üç və altı müxtəlif mərtəbəli binalardan ibarət olan yeni müasir mikrorayondur. O, faktiki olaraq özünü kiçik kottec şəhərciyi kimi təmsil edir, və əhəmiyyətli dərəcədə maliyyə imkanları olan, öz vəsaitləri ilə maksimum rahatlığı əldə etməyi istəyən sakinlər üçün nəzərdə tutulub.
«Grand Park Şıxov» yaşayış kompleksinin ərazisində avtomobil nəqliyyatı hərəkəti üçün şəbəkə təşkil olunmuş, səki plitələri ilə örtülü piyada yolları çəkilmişdir.
Burada var:
müasir küçə işıqlandırma sistemi;
çəmənliklər, qazonlar və gül bağçaları;
uşaqlar üçün oyun zonaları;
istirahət və gəzinti yerləri;
çoxmərtəbəli binanın alt mərtəbəsində yeraltı qaraj;
şəhərciyin ərazi təmizləmə xidməti;
istismar və servis xidməti.
Mütəmadi olaraq zibil çıxarılır, qazonlara baxılır. Bütün texniki problemləri təşkilatın heyət xidməti həll edir. Ərazisi mühafizə olunur, 24 saat videomüşahidə sistemi quraşdırılıb.
Nəqliyyat haqqında
Yaxınlıqda üç avtobus marşrutunun fəaliyyət göstərdiyi ictimai nəqliyyat dayanacağı var. Avtobus ilə şəhərin mərkəzinə çatmaq olar, iki marşrutun son dayanacağı «20 Yanvar» və «28 May» metro stansiyaları yanında yerləşir.
Beynəlxalq avtovağzala qədər on yeddi kilometrdir, «Bakı-Sərnişin» dəmir yolu vağzalı kompleksdən on beş kilometr məsafədə yerləşir.
Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
Rəsmi daşınmaz əmlak agentliyi olaraq xidmət haqqımız 30% təşkil edir.




































































































































































