Satılır 3 otaqlı həyət evi/bağ evi 90 m², Mərdəkan q.
PAKET KUPÇA✅✅ TAM ƏŞYALI✅✅
Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Çem Marketin yanında,əsaa yoldan cəmi 250 metr içəridə 3 otaqlı, hovuzlu, navesli,əla təmirli bağ evi bütün əşyaları ilə bir yerdə təcili olaraq satılır. Ev 4 fəsil yaşamaq üçün idealdır. 7 metrlik filterli isti Hovuzu yay və qış üçün yararlıdır. Hovuzun ayrıca Kombi qızdırıcısı var. Qəşəng qazonu, dekorativ ağacları, üzümü, qızılgülləri var. İndi payızdır deyənə biraz solğunluq var. Amma payız, yaz və yayda həyət çox gözəl görünür. Navesində manqalnısı, yay mətbəxi, taxta stol stulu və plastik hörgülü divan kreslosu var. Həyətdə sanuzel də var. Evin altı 2 metr hündürlüyündə zirzəmidir. Bütün artıq əşyaları yığmaq üçün idealdır. Ərazi olaraq da çox sakit yerdir. Səsküydən, maşın səsindən uzaqdır. Təmiz havası və sakitçiliyi nəyə desən dəyər. Adamın ürəyi açılır. Davamlı post patrul var deyə, oğurluqdan, narahatlıqdan söz belə gedə bilməz. Yayda belə evlərin gündəlik kirayəsi 300-350 manat olur. Torpaq sahəsi 4 sotdur. Sənədlə 3,42. Ərazidə torpağın sotu ən ucuz 25 min manatdır. Yeri də əladır, çünki Mərdəkanın içinə girib, probkaları görmürsən. 2 kondisioner, 2 kombi, 2 televizor, 2 soyuducu, qonaq otağı dəsti, yataq otağı dəsti, mətbəx mebeli, bir sözlə hər şey var və hər şey qalacaq.Qiymət sondur.Ofis haqqı 1%.
















































































































